Almaniya yanacaq böhranına hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.
Hörmüz boğazının blokadaya alınması fonunda Almaniya hakimiyyəti ölkənin neft, benzin və xüsusilə kerosindən (aviasiya yanacağı) olan ehtiyatlarına ciddi nəzarət edir.
Məlumata görə, Almaniya hökuməti yanacaq ehtiyatlarını izləmək üçün Milli Təhlükəsizlik Şurası nəzdində İqtisadiyyat Nazirliyinin dövlət katibi Frank Vetselin rəhbərliyi ilə böhran qərargahı yaradıb.
BILD-in məlumatına görə, Almaniyada hazırda digər enerji resursları ilə yanaşı, aviasiya yanacağı ehtiyatlarının həcmi də intensiv şəkildə müzakirə olunur.
Ölkə “Drujba” neft kəmərinin blokadaya alınması və bunun nəticəsində yarana biləcək yanacaq çatışmazlığından ciddi narahatdır.
Xuraman Etibarlı
İnterpress.az






