Rusiyada neft-qaz hasilatı sahəsində çalışıb. İki ildi doğulub boya-başa çatdığı ölkəyə qayıtsa da, ona burada iş tapılmır. Daha doğrusu, iş verilmir.
Vüqar Dövlət Neft Şirkətinə 11 vakansiya üzrə müraciət edib. Hər dəfə birinci mərhələdən keçib. Gileylənir ki, ali təhsilli mühəndis olmağına rəğmən, onu sürücü vəzifəsinə belə yaxın buraxmayıblar. O deyir ki, sınaq imtahanlarıı da nasaz aparatlarla həyata keçirilir.
Vüqar Rusiyada çalışdığı 10 il ərzində qaynaq-montaj işləri üzrə 140 nəfərlik heyətə təlim keçib. Ona bu müddət ərzində heç bir problem yaradılmayıb. Rahat şəkildə iş yerlərini dəyişib. İndi ötən günlərinin xiffətini çəkir:
\”Montaj və qaynaq sistemindən \”SOCAR\”-ın insan resurslarının işçilərinə dərs keçərəm. Gülməli bir şərait yaradırlar. Adama həm təsir edir, həm də əsəblərini korlayır. Haqsızlıq olar, amma bu qədər yox.\”
Vüqar Əmirovun şikayəti ilə bağlı \”SOCAR\”-ın mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, şəxsin özü şirkətə müraciət etməlidir.(meydan tv)
İnterpress.az