Lavrovdan Qələbə Gününü pozmağa cəhd edənlərə sərt xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov 9 May – Qələbə Gününün keçirilməsinə qarşı yönəlmiş hər hansı təxribat cəhdləri ilə bağlı xəbərdarlıq edib.
O, bayram tədbirlərini pozmağa cəhd edəcək tərəflərin Moskvanın çox sərt cavabı ilə qarşılaşacağını vurğulayıb.
Lavrovun sözlərinə görə, Rusiya hakimiyyəti Qələbə Günü tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görüb və bu bayramı təhlükə altına qoymağa çalışanlara qarşı güzəşt olmayacaq.
Rəsmi Moskva təhlükəsizlik tədbirlərini gücləndirməkdə davam edir.
Xuraman Etibarlı
İnterpress.az






