Rusiya Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağa çalışır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Mixail Kaluqin TASS-a müsahibəsində deyib.
Mixail Kaluqin bildirib ki, Azərbaycanla bir qədər zəifləmiş mədəni əlaqələri yenidən aktivləşdirmək lazımdır.
Onun sözlərinə görə, bu istiqamətdə artıq konkret addımlar atılır.
Diplomat qeyd edib ki, Azərbaycanın nümayəndə heyətləri yaxın vaxtlarda Kazan və Sankt-Peterburqda keçiriləcək forumlarda iştirak etmək üçün Rusiyaya səfər edəcəklər.
Rəsmi Bakı və Moskva arasında humanitar və mədəni sahədə əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün prioritet məsələlərdən hesab olunur.
Xuraman Etibarlı
İnterpress.az






