NATO Baş katibi Ankarada keçiriləcək sammitin gündəmini açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb.
NATO-nun Baş katibi Mark Rütte Monteneqronun paytaxtı Podqoritsada Baş nazir Miloyko Spayiç ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.
Rütte iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə müdafiə sahəsinə yatırılan investisiyaların konkret döyüş imkanlarına çevrilməsi məsələsinin müzakirə ediləcəyini bildirib.
Baş katib həmçinin Monteneqronun NATO-ya üzvlüyünə də toxunub. O, ölkənin bayrağının alyansın qərargahında qaldırılmasından təxminən 9 il keçdiyini xatırladaraq, bu müddət ərzində Monteneqronun transatlantik alyansın “dəyərli bir üzvü” olduğunu qeyd edib.
Rütte alyansın təhlükəsizlik strategiyalarının gücləndirilməsi istiqamətində üzv ölkələrlə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






