İnsandan seçilməyən ROBOTLAR: “AheadForm” yeni nəsil androidləri TƏQDİM ETDİ – VİDEObackend

İnsandan seçilməyən ROBOTLAR: “AheadForm” yeni nəsil androidləri TƏQDİM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni nəsil humanoid robotlar insanlara daha çox bənzəyir.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Texnologiyalar o qədər sürətlə irəliləyir ki, yaxın gələcəkdə ev şəraitində istifadə olunan android robotların paltaryuyan maşın kimi gündəlik həyatın ayrılmaz bir hissəsi olacağı gözlənilir.

Çinin “AheadForm” startapı humanoid (insanabənzər) robotlarının yenilənmiş versiyasını təqdim edib.

Təkmilləşdirilmiş silikon dəri və inkişaf etmiş süni intellekt sayəsində bu robotlar artıq daha təbii mimikalar nümayiş etdirir.

Onlar göz qırpma, göz hərəkətləri və dodaqların nitqlə sinxronizasiyası kimi prosesləri insana demək olar ki, tam bənzər şəkildə icra edə bilirlər.

Mütəxəssislər hesab edirlər ki, bu texnologiya yaxın illərdə xidmət və qulluq sahələrində böyük dəyişikliklərə yol açacaq.

Xuraman Etibarlı

İnterpress.az