Britaniyalı müğənni REEBZ və istedadlı tutuquşusu sosial şəbəkələrin ulduzuna çevrilib.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Böyük Britaniyalı müğənni REEBZ təkcə özünün sərt vokal tərzi ilə deyil, həm də ona mahnı oxuyarkən mükəmməl şəkildə “yoldaşlıq” edən istedadlı tutuquşusu ilə geniş kütlənin diqqətini çəkib.
Müğənninin sosial şəbəkələrdə paylaşdığı görüntülər qısa müddətdə böyük marağa səbəb olub.
Belə ki, ifaçı özünəməxsus vokal nömrələri ilə çıxış edərkən, evində bəslədiyi tutuquşu ona mahnının ritminə uyğun şəkildə “səs verərək” duet yaradır.
İkilinin bu qeyri-adi “dueti” artıq milyonlarla baxış sayı toplayaraq internetin ən çox izlənilən videolarından birinə çevrilib.
Xuraman Etibarlı
İnterpress.az






