Rusiya Ermənistandan çiçək idxalını DAYANDIRIRbackend

Rusiya Ermənistandan çiçək idxalını DAYANDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistandan çiçək idxalına məhdudiyyət qoyur.

İnterpress.az xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) mayın 22-dən etibarən Ermənistandan çiçək məhsullarının idxalına müvəqqəti qadağa qoyub.

Qurumun mətbuat xidmətinin məlumatında qeyd olunur ki, məhdudiyyətlər Ermənistandakı istixana təsərrüfatlarında aparılacaq yoxlamalar və onların nəticələrinin təhlili başa çatanadək qüvvədə olacaq.

Qərarın Rusiyanın fitosanitar sabitliyini və ixrac potensialını qorumaq məqsədilə qəbul edildiyi bildirilir.

Məhdudiyyətlərin konkret nə vaxt aradan qaldırılacağı barədə əlavə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az