Tramp özü haqqında: “O, indiyədək yaşamış ən böyük prezidentdir”backend

Tramp özü haqqında: “O, indiyədək yaşamış ən böyük prezidentdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp özünü “indiyədək yaşamış ən böyük prezident” adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Donald Tramp çıxışlarında bildirib.

ABŞ Prezidenti Donald Tramp yenə də iddialı və diqqətçəkən bəyanatları ilə gündəmə gəlib.

O, özünü “indiyədək yaşamış ən böyük prezident” adlandırıb.

“Hazırda mənim İsraildəki reytinqim 99%-dir. Mən baş nazirliyə namizədliyimi verə bilərdim, ona görə də bəlkə də bundan sonra İsrailə gedib baş nazir postuna namizəd olacağam. Netanyahu çox yaxşı insandır. O, mənim ondan istədiyim hər şeyi edir”, – Tramp deyib.

Trampın bu bəyanatları ABŞ-də və dünyada siyasi dairələrdə geniş müzakirələrə səbəb olub, onun ritorikasının yenidən ictimaiyyətin diqqət mərkəzində olduğunu göstərir.

Xuraman Etibarlı

İnterpress.az