Çinlilər üçün yeni ERA: Ailələrə “pulsuz köməkçilər” PAYLANACAQ – VİDEObackend

Çinlilər üçün yeni ERA: Ailələrə “pulsuz köməkçilər” PAYLANACAQ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində ailələrə ev işlərini görə bilən pulsuz robotlar paylanılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə texnologiya dünyasından məlumat yayıb.

Çində ailələrin gündəlik məişət problemlərini həll etmək üçün qeyri-adi bir təşəbbüs irəli sürülüb.

Belə ki, təmizlik və yemək bişirmək bacarığına malik olan robotlar ailələrə təmənnasız olaraq təqdim ediləcək.

Proqramın ilk partiyasının 2027-ci ildə uşaqlı, yaşlı və ev heyvanı olan ailələrə paylanması nəzərdə tutulur.

İlkin sınaq mərhələsindən sonra bu robotların kütləvi satışına başlanacaq. İstehsalçı şirkət bir robotun qiymətini 1 milyon rubl (təxminən 23 760 manat) səviyyəsində müəyyənləşdirib.

Sosial şəbəkə istifadəçiləri bu layihəni məşhur “Qara güzgü” (Black Mirror) serialının ssenarilərinə bənzədərək, gələcəkdə robotların həyatımıza təsiri ilə bağlı geniş müzakirələrə başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az