Bu addım İrana məxsus 2 milyard dollarlıq dondurulmuş bank hesabının ABŞ tərəfindən qaytarılmamasına görə baş verib.
Amerika məhkəməsinin qərarına əsasən, İrana məxsus həmin vəsait 1983-cü ildə Beyrutda baş verən terror aktında ölən amerikalıların ailələrinə veriləcək.
İranın xarici işlər naziri Cvad Zərif də Tehranın Vaşinqtona qarşı iddia qaldırdığını təsdiqləyib.
“Biz amerikalıların qanunları pozduğun bütün dünyaya göstərəcəyik”.
ABŞ tərəfi 1983-cü ildə Beyrutda 281 amerikalı hərbi qulluqçunun həlak olduğu hücuma görə İranı məsuliyyətli bilir.
İnterpress.az