“Hadisə qız üstündə oldu”backend

“Hadisə qız üstündə oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O bildirib ki, qətlə yetirilən Həsən Həsənov qaydasız döyüşçü olub: “Həsən mənim dostum idi, iş yoldaşım olub. Hadisə belə oldu ki, biz bağda gəzirdik. Bir neçə qız itin yanından keçəndə it hürdü. Mən dedim ki, xanım qorxmayın dişləmir. Bu oğlan da bizdən təxminən 20 metr aralı idi. Gəlib bizə dedi ki, dişləyə də bilməz. Dedik ki, komanda versək dişləyər. Bu dedi yox dişləyə bilməz. Mən gördüm ki, bu bizə “naqlıy” ilişir. Dedim \”qaqaş nolub, qarnının ağrısı nədir?\”. Bu da bıçağı çıxarıb iki dənə mənim qarnıma, iki dənə də dostuma vurdu. Adam tək idi, 27-28 yaşı olardı. Tanımadığımız adam idi”.

Orxan Məmmədzadə bildirib ki, qətlə yetirilən Həsən subay olub. Cinayəti törədən şəxs həmin qızlarla birlikdə olmayıb.

Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Bakı qeydiyyatında olan şəxsdir. Saxlanılması istiqamətində işlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, yanvarın 6-da Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib.

Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. ( qafqazinfo.az )

İnterpress.az