İranda misilsiz TƏHLÜKƏSİZLİK: İyulun 6-da Tehranın səması tamamilə QAPADILIR – VİDEObackend

İranda misilsiz TƏHLÜKƏSİZLİK: İyulun 6-da Tehranın səması tamamilə QAPADILIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranın hava məkanı Əli Xamenei ilə vida mərasimi ilə əlaqədar tamamilə bağlanacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Mehr” informasiya agentliyi məlumat yayıb.

İran Mülki Aviasiya Təşkilatı ölkənin ali dini lideri Ayətullah Əli Xamenei ilə keçiriləcək vida mərasimi və matəm yürüşü səbəbindən iyulun 6-da paytaxt Tehranın hava məkanının uçuşlar üçün tamamilə qapadılacağını elan edib.

İdarənin rəhbəri Abuzər Şirudi bildirib ki, həmin gün Tehrandakı həm “Mehrabad”, həm də “İmam Xomeyni” beynəlxalq hava limanlarında bütün daxili və xarici aviareyslər müvəqqəti olaraq dayandırılacaq.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin birgə hava zərbələri nəticəsində həlak olan mərhum liderin genişmiqyaslı dəfn mərasimlərinin keçirilməsinə başlanılıb.

İyulun 3-də başlayan rəsmi vida mərasimlərində Azərbaycan, Türkiyə, Rusiya, Çin, Pakistan və digər 30-dan çox ölkənin rəsmi nümayəndə heyətləri iştirak edir.

Əli Xameneinin cənazəsi Tehrandakı “Müsəlla” məbədində ictimaiyyətə təqdim olunduqdan sonra İraqın Nəcəf və Kərbəla şəhərlərinə aparılacaq, iyulun 9-da isə onun doğulduğu Məşhəd şəhərindəki İmam Rza hərəmində dəfn ediləcək.

Xuraman Etibarlı

İnterpress.az