Kişi küçədən 150 min avro dəyərində rəsm əsəri TAPDIbackend

Kişi küçədən 150 min avro dəyərində rəsm əsəri TAPDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada küçədən tapılan rəsm əsərinin 150 min avro dəyərində olduğu məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb.

İspaniyanın Seviya şəhərində yaşayan Andres Urtado adlı şəxs küçədən təsadüfən tapdığı rəsm əsəri sayəsində böyük bir kəşfə imza atıb.

O, binanın divarına söykədilmiş rəsmin yalnız qızılı çərçivəsini bəyənərək onu evinə aparıb. Lakin evdə süni intellekt tətbiqi vasitəsilə apardığı araşdırma zamanı məlum olub ki, əsər məşhur ispan impressionist rəssamı Xoakin Sorolyanın (1863-1923) fırçasına məxsusdur.

Sənət əsərinin təxmini qiyməti 150 000 avro (təxminən 291 420 manat) həcmində qiymətləndirilir. Sonradan nüfuzlu hərrac evi də rəsmin rəsmi olaraq Sorolyaya aid olduğunu təsdiqləyib.

Məlum olub ki, rəsmin əsl sahibləri tətilə yollanmazdan əvvəl əşyalarını avtomobilə yükləyərkən əsəri ehtiyatsızlıqdan divara söykəyib, tələsik ərazidən uzaqlaşıblar və onu küçədə unudublar.

İspaniya mətbuatı ailənin bu qiymətli rəsmi hər tətil səfərinə özləri ilə aparmaq kimi qəribə bir vərdişinin olduğunu qeyd edir.

İtkin düşən əsərlə bağlı polisə müraciət edən ailə Andresin dürüst hərəkəti sayəsində rəsmə yenidən qovuşub.

Sahibləri Andresə dərin minnətdarlıqlarını bildirərək, ona xüsusi bir hədiyyə təqdim edəcəklərini açıqlayıblar.

Xuraman Etibarlı

İnterpress.az