Dağıstanda çoxillik dost borc davasına görə öz yoldaşını güllələyərək öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Dağıstanın Kızılyurd rayonunda dəhşətli və amansız cinayət hadisəsi baş verib. Çoxillik ailə dostu olan iki nəfərdən biri digərini güllələyərək qətlə yetirib.
İttiham aktına görə, ailə başçılarından birinin təcili pula ehtiyacı olub və dostu ona kömək məqsədilə borc verib. Lakin borcun vaxtında qaytarılması mümkün olmayıb və tərəflər arasında kəskin mübahisələr başlayıb.
Növbəti qarşıdurma zamanı borc verən şəxs əsəblərini cilovlaya bilməyərək tapança ilə borcluya atəş açıb. Ağır yaralanan şəxs yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Hadisəni törədən cinayətkar dərhal asayiş keşikçiləri tərəfindən saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs məhkəmədə iki maddə – “qəsdən adam öldürmə” və “qanunsuz odlu silah saxlama” maddələri ilə mühakimə olunacaq.
Onu qanunvericiliyə uyğun olaraq uzunmüddətli ağır həbs cəzası gözləyir. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






