UEFA Avropa Liqası: “Qarabağ” “Vestri”nin qapısına ikinci qolu vurub – YENİLƏNİBbackend

UEFA Avropa Liqası: “Qarabağ” “Vestri”nin qapısına ikinci qolu vurub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Vestri” (İslandiya) – “Qarabağ” oyununda ikinci qol vurulub.

İnterpress.az xəbər verir ki, Reykyavikdəki “Torfnesvöllur” stadionunda keçirilən matçda Ağdam kollektivi üstünlüyünü möhkəmləndirib – 2:0.

29-cu dəqiqədə Pedro Bikalyo dəqiq zərbə müəllifi olub.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Vestri” (İslandiya) – “Qarabağ” oyununda ilk qol vurulub.

İnterpress.az xəbər verir ki, Reykyavikdəki “Torfnesvöllur” stadionunda keçirilən matçda Ağdam kollektivi hesabı açıb – 1:0.

5-ci dəqiqədə Jali Muaddib fərqlənib.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Vestri” (İslandiya) – “Qarabağ” oyunu başlayıb.

İnterpress.az xəbər verir ki, qarşılaşma Reykyavikdəki “Torfnesvöllur” stadionunda keçirilir.

Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.

Bakıdakı ilk matçda “köhlən atlar” 3 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, “Qarabağ” “Vestri” səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq.