İspaniyada milli komandanın qələbəsini qeyd edən 13 yaşlı uşaq faciəvi şəkildə ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə ispan mediası məlumat yayıb.
İspaniyada futbol üzrə dünya çempionatının finalında milli komandanın qələbəsini qeyd edən yeniyetmə bədbəxt hadisə nəticəsində həyatını itirib. Hadisə Syudad-Rodriqo şəhərində qeydə alınıb.
Məlumata görə, 13 yaşlı uşaq qələbə sevinci yaşayan digər gənclərlə birlikdə fəvvarənin içərisində olub. Şənlik zamanı fəvvarə konstruksiyasının bir hissəsi qəfildən uçaraq uşağın üzərinə aşıb.
Aldığı ağır xəsarətlər nəticəsində yeniyetməni xilas etmək mümkün olmayıb və o, hadisə yerində dünyasını dəyişib.
Şəhər meriyası baş vermiş faciə ilə bağlı rəsmi məlumat yayaraq kədərini ifadə edib.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı
İnterpress.az






