Məşhur yazıçının nəvəsinə “akita” cinsli it HÜCUM ETDİ – FOTObackend

Məşhur yazıçının nəvəsinə “akita” cinsli it HÜCUM ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada tanınmış yazıçı Darya Dontsovanın 7 yaşlı nəvəsinə it hücum edib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva vilayətinin Dubtsı kəndində məşhur rusiyalı yazıçı Darya Dontsovanın 7 yaşlı nəvəsi itin hücumuna məruz qalıb. Bu barədə vilayətin Daxili İşlər İdarəsinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, azyaşlı oğlan çöldə gəzərkən ona doğru qaçan “akita” cinsli it qəfildən uşağı dişləyərək ona xəsarətlər yetirib. Hadisə zamanı təhlükəli itin ağzında xüsusi ağızlıq olmayıb.

Hadisədən sonra yaralanan uşağa təcili tibbi yardım göstərilib. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Heyvanın sahibinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

Xuraman Etibarlı

İnterpress.аz