Moskvada yaşayış binasında QAZ PARTLAYIŞI: Xəsarət alanalar var – VİDEObackend

Moskvada yaşayış binasında QAZ PARTLAYIŞI: Xəsarət alanalar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında beşmərtəbəli binada qaz partlayışı baş verib.

İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Moskva vilayətinin Yeqoryevsk şəhərində beşmərtəbəli yaşayış binasında güclü qaz partlayışı baş verib.

Yayılan rəsmi məlumatlara görə, bədbəxt hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Partlayışdan dərhal sonra binanın üçüncü mərtəbəsində yerləşən iki mənzildə güclü yanğın başlayıb.

Güclü partlayış dalğasının təsirindən ətraf mənzillərin pəncərələri tam sındırılıb və eyvanlardan biri tamamilə dağılaraq yararsız hala düşüb.

Hadisə yerinə dərhal xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Binada qalan digər sakinlərin təhlükəsiz əraziyə təxliyə edildiyi bildirilir.

Hazırda faktla bağlı rəsmi təhqiqat aparılır və partlayışın dəqiq səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.аz