Türkiyənin Malatya vilayətində 4,1 maqnitudalı zəlzələ qeydə alınıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyənin Malatya vilayətində 4,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar ətraf ərazilərdə də hiss olunub və yerli sakinlər arasında qısamüddətli təşvişə səbəb olub.
Baş verən təbii fəlakət nəticəsində, ilkin rəsmi məlumatlara görə, hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Hazırda Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və yerli bələdiyyə orqanları tərəfindən bölgədə monitorinqlər aparılır, hər hansı fəsadın olub-olmaması araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






