Evdə dünyaya gətirdiyi körpəni zibilliyə atan qadın TUTULDUbackend

Evdə dünyaya gətirdiyi körpəni zibilliyə atan qadın TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xasavyurtda yeni doğulmuş körpəsini zibilliyə atan 26 yaşlı qadın saxlanılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Hadisə bu ilin mart ayında baş verib, axtarışda olan qadın yaşayış yerini dəyişdiyi üçün hələ indi tapılıb.

Dağıstanın Xasavyurt şəhərində yeni doğulmuş körpəsini zibilliyə ataraq qaçan 26 yaşlı şübhəli qadın asayiş keşikçilərinin keçirdiyi operativ əməliyyat nəticəsində Həştərxan şəhərində yaxalanıb.

İstintaqın ilkin məlumatlarına görə, qadın körpəni ev şəraitində, tualetdə dünyaya gətirib. Daha sonra o, yeni doğulmuş körpəni öz donuna bükərək sellofan torbaya qoyub və yaxınlıqdakı zibilliyə atıb.

Qadının valideynlərinin onun hamiləliyindən və törətdiyi bu dəhşətli əməldən tamamilə xəbərsiz olduqları müəyyən edilib.

Faktla bağlı Dağıstan hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.

Saxlanılan qadın dindirilmək və zəruri istintaq hərəkətlərinin aparılması üçün Həştərxandan Dağıstana gətirilib, araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.аz