Qadın qiyafəsində keçmiş arvadına 9 bıçaq zərbəsi endirən Slovakiya vətəndaşı TUTULDU – FOTObackend

Qadın qiyafəsində keçmiş arvadına 9 bıçaq zərbəsi endirən Slovakiya vətəndaşı TUTULDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ufada Slovakiya vətəndaşı qadın qiyafəsində keçmiş həyat yoldaşına amansız sui-qəsd törədib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Ufa şəhərində qısqanclıq zəminində qeyri-adi və qəddar sui-qəsd cəhdi baş verib. 50 yaşlı Slovakiya vətəndaşı keçmiş həyat yoldaşını öldürmək qərarına gəlib.

Tanınmamaq üçün o, qadın idman kostyumu geyinib, sarı parik və tibbi maska taxaraq keçmiş arvadını onun şəxsi avtomobilinin yanında pusquya salıb.

Qadın avtomobilə yaxınlaşanda maskalı kişi ona qəfil hücum edərək bədəninin müxtəlif nahiyələrinə – boyun, sinə, üz və digər hissələrinə ən azı doqquz ağır bıçaq zərbəsi endirib.

Qadın müqavimət göstərdiyi və vaxtında təcili tibbi yardım aldığı üçün möcüzə nəticəsində sağ qalıb.

Hücumdan dərhal sonra qaçmağa çalışan cinayətkar əvvəlcə Moskvaya, oradan isə Kalininqrada uçub və asayiş keşikçilərinin keçirdiyi operativ əməliyyatla elə orada saxlanılıb.

Faktla bağlı qəsdən adamöldürməyə cəhd maddəsi ilə rəsmi cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.аz