Avropa Komissiyası Azərbaycanla danışıqlara başlayacaqbackend

Avropa Komissiyası Azərbaycanla danışıqlara başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Almaniyanın “Der Spiegel” nəşri Avropa İttifaqının təşəbbüsü ilə yaradılacaq Avropa Enerji İttifaqının layihəsinə istinadən məlumat yayıb.

“Avropa İttifaqı enerji resurslarının istehsalını və tranzitini həyata keçirən ölkələrlə strateji iqtisadi əməkdaşlıqlarını möhkəmləndirmək üçün bütün xarici siyasət alətlərindən istifadə edəcək”, – deyə yazır. “Der Spiegel”in məlumatına görə, bu cür ölkələr sırasına Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan, o cümlədən bir sıra Yaxın Şərq və Afrika ölkələri daxildir. Bundan başqa, Norveç, ABŞ və Kanada ilə əməkdaşlığı aktivləşdirilməsi məsələləri də nəzərdə tutulub.

Sənədə əsasən, Avropa İttifaqı 2015-ci ildə Azərbaycan və Türkmənistanla Anlaşma Memorandum imzalamaq niyyətindədir. Bu sənəd Avropaya qaz nəqlinin stabilliyini təmin edəcək tədbirlərin bir hissəsi olacaq.

İnterpress.az