İlon Mask tarixin ən böyük mikrosxem istehsalı kompleksi olan “Terafab” layihəsini elan edib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Milyarder iş adamı İlon Mask dünyada mikrosxem (çip) istehsalı üzrə tarixin ən böyük sənaye kompleksi olacaq “Terafab” layihəsinin başladıldığını rəsmən elan edib.
Yeni nəhəng kompleksin ümumi sahəsi təxminən 9,3 milyon kvadratmetr (təxminən 1300 futbol meydançası ölçüsündə) təşkil edəcək.
Bu rekord göstərici “Terafab”ı bütövlükdə dünyanın ən böyük sənaye obyektlərindən birinə çevirəcək.
İlon Maska məxsus “SpaceX” və “Tesla” şirkətlərinin rəhbərliyi hesab edir ki, istehsalın bütün mərhələlərinin bir mərkəzdə şaquli inteqrasiyası yeni texnologiyaların daha sürətlə təkmilləşdirilməsinə və yeni çiplərin hazırlanması üçün vaxtın azaldılmasına kömək edəcək.
Xuraman Etibarlı
İnterpress.аz






