Krasnoyarskda pəncərəsinin altında siqaret çəkən yeniyetmələrə irad bildirən kişinin kəlləsi sındırılıb, o, komaya düşüb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Krasnoyarsk şəhərində yeniyetmələrin yaşlı şəxsə qarşı törətdiyi ağır xəsarətlə nəticələnən zorakılıq hadisəsi qeydə alınıb.
İvan adlı yerli sakin pəncərəsinin altında siqaret çəkən məktəblilərə irad bildirmək üçün küçəyə çıxıb və onlardan birini tutmağa çalışıb.
Həmin vaxt 15 yaşlı idmançı (güləşçi) gənc İvanı fəndlə yerə yıxıb, onun dostu isə güclü zərbə ilə böyük adamı nokauta salıb.
Ağır yaralanan sakin kəllə sümüyünün çatlaması və kəskin beyin sarsıntısı diaqnozu ilə dərhal xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti kəskin ağır kimi qiymətləndirilir və yaralı hazırda komadadır.
Hadisəni törədən hər iki yeniyetmə asayiş keşikçiləri tərəfindən saxlanılıb və məhkəmənin rəsmi qərarı ilə barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.

Xuraman Etibarlı
İnterpress.аz






