Azərbaycanda aktiv vakansiyaların sayı 65 mini ötüb, ən yüksək əməkhaqqı 10 min manatdırbackend

Azərbaycanda aktiv vakansiyaların sayı 65 mini ötüb, ən yüksək əməkhaqqı 10 min manatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.

Bildirilib ki, işsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər:

“Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır”.