Dağıstanda sakinlərin köməyi sayəsində evdə döyülən və girov saxlanılan gənc qız xilas edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Dağıstanda ətrafdakı insanların sayıqlığı və qətiyyəti sayəsində gənc bir qız amansız fiziki zorakılıqdan və ölümdən xilas olunub.
Mənzildə qəzəbli kişi tərəfindən vəhşicəsinə döyülən və çölə buraxılmayan gənc qız pəncərədən fəryad edərək ətrafdakılardan kömək istəyib.
Qızın kömək fəryadını eşidən yaxınlıqdakı bir neçə cəsarətli kişi dərhal hərəkətə keçərək mənzilin giriş qapısını sındırıblar.
Onlar güclə içəri daxil olaraq ağır xəsarətlər alan gənc qızı təcavüzkarın əlindən xilas edərək təhlükəsiz yerə aparıblar.
Hadisədən dərhal sonra əraziyə polis briqadası çağırılıb və qadına qarşı zorakılıq törədən şəxs hadisə yerindəcə saxlanılaraq polis şöbəsinə aparılıb.
Faktla bağlı ailədaxili zorakılıq və qanunsuz azadlıqdan məhrumetmə maddələri ilə araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






