Valideynlər yatdığını zənn etdikləri ölmüş oğullarını maşında GƏZDİRİBLƏRbackend

Valideynlər yatdığını zənn etdikləri ölmüş oğullarını maşında GƏZDİRİBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada valideynlər ölmüş oğullarını maşında gəzdiriblər.

 İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

İtaliyada ər-arvad avtomobildə öldüyündən xəbərsiz olduqları oğullarını gəzdiriblər. Valideynlər onun sadəcə yatdığını zənn ediblər.

Üç nəfərdən ibarət ailə magistral yolla Turin istiqamətində hərəkət edib.

Müəyyən məqamda ata və ana arxa oturacaqda səssiz oturan 31 yaşlı oğullarını səsləsələr də, o, cavab verməyib.

Həmin vaxt kişinin nəbzi vurmayıb, hadisə yerinə çağırılan tibb işçiləri onun öldüyünü təsdiqləyiblər.

Dünyasını dəyişən şəxsin valideynləri oğullarının son sözlərindən sonra təxminən 100 kilometr yol qət etdiklərini bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az