Misirdə rusiyalı turist islam normalarını pozduğu üçün saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Rusiya vətəndaşı otel ərazisində islam davranış normalarını pozmaqda təqsirləndirilir.
Belə ki, Şarm əl-Şeyxdə istirahətdə olan rusiyalı turist “Lambada” rəqsi edərkən təsadüfən yerli bir qadınla toqquşub. Əri əsəbiləşib və bu, rusiyalı və misirli arasında münaqişəyə səbəb olub.
Rus turist saxlanılıb və İslam etiketini pozmaqda ittiham olunub. Zərərçəkən tərəf məsələni həll etmək üçün 10.000 dollar tələb edib.
Rusiya Federasiyasının Misirdəki səfirliyinin konsulluq şöbəsi Şarm əl-Şeyxdəki otellərdən birində saxlanılan Rusiya vətəndaşının işini nəzarətdə saxlayır.
Diplomatik missiya vəziyyəti tənzimləmək üçün həm saxlanılan şəxsin ailəsi, həm də yerli hakimiyyət orqanları ilə sıx təmasdadır.
Xuraman Etibarlı
İnterpress.az






