İlk ChatGPT-6 testləri internetə SIZDIRILDI – VİDEObackend

İlk ChatGPT-6 testləri internetə SIZDIRILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəbəkədə ChatGPT-6 ilə bağlı ilk testlərin yayıldığı iddia edilir.

İnterpress.az xəbər verir ki, bu barədə internetdə yayılan məlumatlarda qeyd olunur.

Şəbəkədə yayıldığı iddia edilən ilk testlərə görə, yeni süni intellekt modelinin proqramlaşdırma imkanları diqqət çəkir.

Modelin piano simulyatoru, yüksək realizmə malik kosmik gəmi, ASCII formatında FPV dron simulyatoru və voksel əsaslı Minecraft klonu yarada bildiyi bildirilir.

Məlumata görə, ChatGPT-6-nın sentyabrın əvvəlində təqdim ediləcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az