Mask Ukraynanın Rusiyaya zərbələr üçün Starlink-dən istifadəsinə razı ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin mənbələrinə görə, İlon Mask Ukraynanın Starlink sistemindən Rusiyanın dərinliklərində zərbələr üçün istifadə etməsinə icazə verilməsi ilə bağlı qərarı Ağ Evdən gözləyir.
Maskın keçmiş Ukrayna müdafiə naziri ilə danışıqları zamanı bunun Ağ Evin verməli olduğu siyasi qərar olduğunu bildirdiyi qeyd olunur.
Kiyevin Starlink-dən Rusiya ərazisinin 200 kilometrədək dərinliyində, o cümlədən ballistik raketlərin buraxılış qurğularına zərbələr endirmək üçün istifadə etmək istədiyi bildirilir.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Starlink-in bu məqsədlə istifadəsinin genişləndirilməsini dəstəkləməyib. Maskın da əvvəllər buna qarşı olduğu bildirilirdi.
Xuraman Etibarlı
İnterpress.az






