Ermənistanda təhsil idarəsinin rəhbəri və məktəb direktorları SAXLANILDIbackend

Ermənistanda təhsil idarəsinin rəhbəri və məktəb direktorları SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gegarkunik vilayətində təhsil idarəsinin rəhbəri və məktəb direktorları saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Ermənistanın Gegarkunik vilayətinin administrasiyasının təhsil idarəsinin rəhbəri, həmçinin vilayətdə yerləşən bir sıra məktəblərin direktorları saxlanılıb.

Saxlanılmalar rüşvət vermə və alma faktları ilə bağlı başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az