Xatırladaq ki, sahibkar 15 min manat kredit almaq üçün “Nikoil bank”ın Bərdə filialına müraciət etsə də, ona müsbət cavab verilməyib.
Əvəzində isə “Tərtər işğal olunacaq, sizə kredit verə bilmərik” deyərək sahibkarın istəyini geri çeviriblər.
Sahibkar T.Səfərzadə növbəti dəfə daha böyük problemlə üz-üzə qaldığını qeyd edib:
“Mən müraciət edəndən sonra gəlib evi, pəyəni çəkdilər. Hansı ki, 10 baş heyvan alıb qoymuşam. Evdə azca çat var deyə, krediti vermədilər. Mənim evimin təkcə “naves”inin qiyməti 20 min dollardır, evin hər şeyi də öz qaydasındadır. 2000-ci ildə tikilib. Mən sahibkaram, təsərrüfatımı genişləndirmək istəyirəm. Bununla bağlı cənab Prezident İlham Əliyevin göstərişi var. Bu süründürməçilik nədən ötrüdür, bilmirəm”.
T.Səfərzadə deyib ki, bank rəsmisi Akif bəy yalnız 170 qram qızıl müqabilində 15 min manat kredit verə biləcəklərini deyib:
“100 min dollarlıq evə, fermaya pul xərcləmişəm, evin çıxarışına isə dövlət 11 min manat qoyub. Mənim 170 qram qızılım olsa, bankdan niyə kredit götürürəm ki?! 6 aydır məni süründürürlər. Xahiş edirəm aidiyyatı qurumlar mənə kömək etsinlər”. (modern.az)
İnterpress.az