Britaniyada miqrant digər miqranta hücum edib, avtobusu qaçıraraq bir neçə avtomobilə çırpılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Hadisə Telford şəhərində baş verib. Əcnəbi şəhər avtobusunun sürücüsü işləyən digər miqranta hücum etdikdən sonra nəqliyyat vasitəsini ələ keçirib.
Daha sonra avtobusu idarə edən şəxs yaxınlıqda park edilmiş bir neçə avtomobilə çırpılıb.
Xuraman Etibarlı
İnterpress.az






