Türkiyədə liseyə silahlı hücum olub, 11 şagird yaralanıb, hadisəni törədən şəxs saxlanılıbbackend

Türkiyədə liseyə silahlı hücum olub, 11 şagird yaralanıb, hadisəni törədən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısındakı silahlı insident zamanı 11 şagird yaralanıb.

İnterpress.az-ın məlumatına görə, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek “X” sosial media hesabında yazıb.

Nazir yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

A.Gürlek hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da əlavə edib.