Taksilər üçün ən problemli avtomobil markalarının adları açıqlandıbackend

Taksilər üçün ən problemli avtomobil markalarının adları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taksilər üçün ən etibarsız avtomobillər məlum oldu: Çin brendləri siyahıya başçılıq edir

İnterpress.az xəbər verir ki, bu barədə “Autonews” Milli Taksi Parkları Assosiasiyasına (NTA) istinadən məlumat yayıb.

Böyük taksi şirkətlərinin qiymətləndirmələrinə əsasən, JAC və FAW Bestune markalı avtomobillər ən etibarsız nəqliyyat vasitələri siyahısına daxil edilib. Texniki problemləri ən çox yaranan avtomobillərin siyahısında, həmçinin bazardan gedən “Ford” və “Volkswagen” brendlərinin modelləri də yer alıb.

Milli Taksi Parkları Assosiasiyasından dəqiqləşdirilib ki, köhnə brendlər ümumilikdə Çin avtomobilləri ilə müqayisədə xeyli daha etibarlıdır.

Xuraman Etibarlı

İnterpress.az