Braziliya liderindən BMT-yə sert tənqid: “Təşkilatın etibarlılığı sıfıra enib”backend

Braziliya liderindən BMT-yə sert tənqid: “Təşkilatın etibarlılığı SIFIRA enib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya prezidenti Lula da Silva BMT-ni kəskin tənqid edib: “Təşkilatın nüfuzu heç vaxt bu qədər aşağı olmamışdı”

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasındakı çıxışına təşkilatın ünvanına sert tənqidlərlə başlayıb. Ölkə rəhbəri BMT-nin özünün en vacib missiyalarından birini — bəşəriyyəti müharibə bəlasından xilas etmək öhdəliyini yerinə yetirə bilmədiyini vurğulayıb.

Lula da Silva çıxışında BMT-nin nüfuzunun tarixən ən aşağı səviyyəyə düşdüyünü qeyd edib: “BMT-nin etibarlılığı və nüfuzu heç vaxt bu qədər aşağı olmamışdı. Təşkilatın ən müdafiəsiz olanları — ordusu və ya silah cəbbəxanası olmayanları qorumaq qabiliyyəti heç vaxt bu dərəcədə zəifləməmişdi”. Braziliya dövlət başçısı beynəlxalq qurumu qlobal münaqişələrin qarşısını almaqda aciz qalmaqda günahlandıraraq, təşkilatda təcili və əsaslı islahatların aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Xuraman Etibarlı

İnterpress.az