İşlənmiş elektromobil almaq DAHA SƏRFƏLİDİR: Yeni statistikabackend

İşlənmiş elektromobil almaq DAHA SƏRFƏLİDİR: Yeni statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək yürüşlü elektromobillər benzinlə işləyən maşınlardan daha etibarlıdır – Araşdırma

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.

Böyük Britaniyada keçirilən yeni araşdırmaya əsasən, böyük yürüşə (yüksək kilometraja) malik işlənmiş avtomobil alan sürücülər elektromobilləri benzinlə işləyən nəqliyyat vasitələri ilə müqayisədə daha etibarlı hesab edə bilərlər. Britaniya Nəqliyyat Vasitələrinin İcarəsi və Lizinqi Assosiasiyasının (BVRLA) sifarişi ilə 47,4 milyon texniki baxış (MOT) testinin təhlili göstərib ki, 145 min – 193 min km (90-120 min mil) məsafə qət etmiş elektromobillərin texniki baxışdan keçə bilməmək ehtimalı eyni yaşda olan benzin modellərindən 25% daha azdır.

Bundan əlavə, “Range Rover” özünün ilk tam elektrikli modelini satışa çıxarıb və onun başlangıc qiyməti 154 070 funt-sterlinq (təxminən 349 816 manat) təşkil edir. Ekspertlər bildirirlər ki, mühərrikin mexaniki baxımdan sadə olması elektromobillərin yürüşü artdıqca üstünlüyünü daha da artırır. Lakin bununla yanaşı, elektromobillərdə şinlərin tez sıradan çıxması və az istifadə olunduğu üçün əyləc sistemində paslanma kimi problemlərə də rast gəlinir.

Specialistlər alıcılara yüksək yürüşlü elektromobil alarkən batareyanın və şinlərin vəziyyətini mütləq yoxlamağı tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az