Tramp BMT qərargahında Putinə mesajını açıqlayıb: “Müharibəni dayandırın”
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı baş qərargahına gəlib. Binaya daxil olarkən jurnalistlərə qısa açıqlama verən ABŞ lideri ilk olaraq CNN telekanalının ünvanına satirik zarafat və tənqidlər səsləndirib.
Daha sonra jurnalistlərin uca səslə verdiyi sualı cavablandıran Tramp Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı əsas mesajı açıqlayıb. ABŞ prezidenti “Rusiya liderinə mesajınız nədir?” sualına qısaca “Müharibəni dayandırın” deyə cavab verib.
Xuraman Etibarlı
İnterpress.az






