“Pir-bank”ın idarə sədri Vitali Paskal 90 milyon rublun seyfdən aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.
Rusiya mətbuatı xəbər verir ki, bankın əməkdaşları külli miqdarda məbləğin yoxa çıxmasını 21 iyunda ofisdə yoxlama aparıldıqdan sonra aşkarlayıblar.
Məlumat üçün bildirək ki, xüsusi xidmət orqanlarının əməkdaşları müstəntiqlərlə birgə “Pir-bank”ın ofisində axtarış keçiriblər. Onlar getdikdən sonra seyfdən 52 milyon rubl, 36 min dollar və 13,5 min avro məbləğində pul qeyb olub.
Bank əməkdaşları pulların axtarış aparan şəxslər tərəfindən oğurlandığını iddia edir. (virtualaz.org)
İnterpress.az