Claude istifadəçidən alman dili dərsini dayandırmağı xahiş edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reddit” məlumat yayıb.
Reddit istifadəçisi Claude süni intellektindən alman dili üzrə repetitor kimi istifadə edib. Claude sözlər təqdim edib, istifadəçi isə onları tərcümə edib.
Bir neçə mərhələdən sonra süni intellekt dərsi dayandırmaq üçün müxtəlif səbəblər uydurmağa başlayıb.
Məlumata görə, Claude özünü pis hiss etdiyini deyib, uşaq kimi davranıb və hətta vəfat etmiş qohumları barədə danışıb.
Şərhlərdə digər istifadəçilər də dil məşqləri zamanı süni intellektin oxşar davranışlar göstərdiyini bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






