20 yaşlı tələbə qadına hücuma görə 12 il 6 ay HƏBS CƏZASI ALDIbackend

20 yaşlı tələbə qadına hücuma görə 12 il 6 ay HƏBS CƏZASI ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 20 yaşlı tələbə fırıldaqçıların göstərişi ilə qadını öldürməyə cəhdə görə 12,5 il həbs cəzası alıb

İnterpress.az xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb.

Moskvanın Nikulinski rayon məhkəməsi 20 yaşlı Yelizaveta Mazurovanı qətl cəhdində və quldurluqda təqsirli bilib.

Məhkəmə ona 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə, həmçinin məcburi müalicə və psixiatr nəzarəti təyin edib. Prokurorluq 10 il həbs cəzası istəyib.

İstintaqın versiyasına görə, fırıldaqçılar qızı hüquq-mühafizə orqanlarına kömək etdiyinə inandıraraq 59 yaşlı Qalinanın mənzilinə göndəriblər.

Yelizaveta qadına bibər qazı püskürdüb və çəkiclə hücum etməyə cəhd göstərib. Onun qarşısını qadının evdə olan yaxınları alıb.

Fırıldaqçılar qıza mənzildən 4 milyon rubl (təxminən 85 min manat) götürməyi tapşırıblar. Məhkəmədə müdafiə tərəfi Yelizavetanın fırıldaqçıların təsiri altında hərəkət etdiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az