Ermənistanda hakimiyyət Eçmiədzinin fəxri vətəndaşı adını arxiyepiskopa verməyi planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, söhbət hakimiyyətlə yaxın münasibətləri olan Erməni Apostol Kilsəsinin Ararat yepiskopluğunun rəhbəri, arxiyepiskop Sion Adamyandan gedir.
Nəşr iddia edir ki, bu addımla hakimiyyət din xadiminin mövqelərini gücləndirməyə və gələcəkdə onun katolikos vəzifəsinə namizədliyinin irəli sürülməsi üçün zəmin yaratmağa çalışa bilər.
Bu məlumat hakimiyyət tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Xuraman Etibarlı
İnterpress.az






