Primoryedə işçilər maaşlarını ala bilmədikləri üçün yeni döşənmiş asfalti söküb aparıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Primorye diyarının Lesozavodsk şəhərində “Pyateroçka” mağazasının qarşısındakı ərazini asfaltlayan işçilər 310 min rubl (təxminən 6,6 min manat) ödəniş almadıqlarını bildiriblər.
Məlumata görə, obyektin sahibi işçilərə pul ödəməkdən imtina edib.
Bundan sonra briqada ekskavator və özüboşaldan maşınlarla əraziyə gələrək təzə döşənmiş asfalt örtüyünü söküb maşınlara yükləyərək aparıb.
Hadisə yerli sakinlərin gözü qarşısında baş verib. Müxtəlif mənbələrdə mübahisənin səbəbləri ilə bağlı fərqli məlumatlar da yer alıb.
Xuraman Etibarlı
İnterpress.az






