Zelenski Potapın “Ukraynanın Əməkdar artisti” fəxri adından məhrum edilməsi məsələsinə baxılmasını tapşırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi nümayəndəliyi məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski müğənni və prodüser Aleksey Potapenkonun (Potap) “Ukraynanın Əməkdar artisti” fəxri adından məhrum edilməsi məsələsinin araşdırılmasını tapşırıb.
Məsələ ilə bağlı petisiya Nazirlər Kabinetinin rəhbəri Sergey Koretski və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra edən Aleksandr Poklada yönləndirilib.
Qeyd edək ki, sentyabrın 17-də Ali Rada Potapın fəxri addan məhrum edilməsi ilə bağlı prezidentə müraciəti dəstəkləməyib. Təşəbbüsə 198 deputat səs verib, tələb olunan səs sayı isə 226 olub.
Xuraman Etibarlı
İnterpress.az






