Putin Rusiyadan Azərbaycana 1 milyon rubldan çox nağd pul çıxarılmasını QADAĞAN ETDİbackend

Putin Rusiyadan Azərbaycana 1 milyon rubldan çox nağd pul çıxarılmasını QADAĞAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin fiziki şəxslərə Rusiyadan Azərbaycana 1 milyon rubldan çox nağd pul çıxarmağı qadağan edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, həmçinin Azərbaycana, Tacikistana və Özbəkistana 1 milyon rubldan (təxminən 21 min manat) çox nağd rubl çıxarmasını qadağan edib.

Məlumata görə, qərarda bir sıra istisnalar nəzərdə tutulub.

Bundan əlavə, prezident hüquqi şəxslərin və fərdi sahibkarların Rusiyadan Azərbaycan, Tacikistan və Özbəkistana nağd rubl ixrac etməsinə qoyulan qadağanı genişləndirib.

Xuraman Etibarlı

İnterpress.az