Moskvalı internet trollu canlı yayım zamanı döyülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvalı şəxsin siyasi mövzulu kanallarda mütəmadi mübahisələrə girdiyi və rəqiblərinin ailə üzvlərini təhqir etdiyi bildirilir.
Məlumata görə, bir qadın onu Butovo meşəsinə görüşə çağırıb. Burada şəxsi maskalı şəxslər gözləyib.
İddiaya görə, internet istifadəçisi yumruq, təpik və dəyənəklərlə döyülüb, nəticədə qolunun ön sümüyü sınıb və başından xəsarət alıb.
Hadisə canlı yayımlanıb, yayımı izləyən bəzi şəxslər isə ona qarşı daha ağır zorakılığa çağırışlar ediblər.
Məlumata görə, onu görüşə çağıran qadın hadisədən dərhal sonra ölkəni tərk edib.
Xuraman Etibarlı
İnterpress.az






