“Sala” kəsmə tərzindən narazı qalan kişi 50 illik həyat yoldaşını ÖLDÜRDÜbackend

“Sala” kəsmə tərzindən narazı qalan kişi 50 illik həyat yoldaşını ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omskda pensiyaçını həyat yoldaşını öldürdüyü üçün 8 il müddətinə azadlıqdan məhrum ediblər

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Omsk vilayət prokurorluğu məlumat yayıb.

Məhkəmə həyat yoldaşını öldürməkdə təqsirləndirilən pensiyaçını 8 il müddətinə azadlıqdan məhrum edib. Kişinin təxminən 50 il birgə yaşadığı 68 yaşlı həyat yoldaşını öldürdüyü bildirilib.

Məlumata görə, hadisə bu ilin may ayında spirtli içki qəbul etdikləri zaman baş verib.

Süfrə arxasında qadının “sala”nı (donuz piyi) kəsmə tərzi kişini qane etməyib. Bundan sonra o, həyat yoldaşının boyun nahiyəsinə bıçaqla azı 6 zərbə endirib.

Xuraman Etibarlı

İnterpress.az