Pilotlar arasında dava Flydubai təyyarəsinin Səudiyyə Ərəbistanına enməsinə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. FlyDubai pilotlar arasında dava olduğunu təsdiqləyir.
Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsində pilotlar arasında münaqişə baş verib.
Hadisə zamanı fövqəladə siqnal verilib və təyyarənin qaçırılması ehtimalı ilə bağlı təhlükəsizlik tədbirləri görülüb.
Təyyarə Səudiyyə Ərəbistanının Tabuk hava limanına enib.
İlkin məlumatlara görə, insidentin səbəbi pilotlar arasında baş verən dava olub və qaçırılma ehtimalı aradan qaldırılıb.
Hadisə səbəbindən İsrail Müdafiə Ordusunun bölmələri təxminən bir saat yüksək hazırlıq vəziyyətinə gətirilib.
İsrail Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin komandanı və digər yüksək rütbəli komandirlərlə vəziyyəti qiymətləndirib.
***
11:01
Flydubai təyyarəsi İsrailə uçuş zamanı Səudiyyə Ərəbistanına enə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Birləşmiş Ərəb Əmirliklərindən İsrailə uçan Flydubai təyyarəsi uçuş zamanı fövqəladə siqnal verib və Səudiyyə Ərəbistanı üzərində istiqamətini dəyişib. Təyyarənin Səudiyyə Ərəbistanına enəcəyi gözlənilir.
İsrail mediasının məlumatına görə, hadisənin əvvəlcə təyyarənin qaçırılması ilə əlaqəli olduğu düşünülsə də, siqnalın göyərtədə baş verən davadan qaynaqlana biləcəyi bildirilir.
Təyyarənin enməsindən sonra hadisənin səbəblərinin dəqiqləşdirilməsi gözlənilir.
Qeyd edək ki, göyərtədə 180 nəfər var, onlardan 100-ü yəhudidir.


Xuraman Etibarlı
İnterpress.az






