Flydubai pilotları Səudiyyə Ərəbistanında SAXLANILDI – FOTObackend

Flydubai pilotları Səudiyyə Ərəbistanında SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Flydubai reysində pilotlardan birinin təyyarəni kəskin enişə yönəltdiyi bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” və digər mənbələr məlumat yayıb.

Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsində pilotlardan birinin intihar etməyə və təyyarəni 30 min fut yüksəklikdən kəskin enişə yönəltdiyi bildirilir. Digər pilot və sərnişinlərin müdaxiləsi nəticəsində təyyarənin enişi dayandırılıb.

Təyyarə təxminən 15 min fut yüksəkliyə qədər enib və fövqəladə siqnal göndərib. Hadisədən sonra təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərinə yönəldilərək orada eniş edib.

Pilotla mübarizə aparan sərnişinlərdən birinin köynəyi qan içində olub.

İlkin təsdiqlənən məlumatlara görə, fövqəladə vəziyyət pilotlar arasında baş verən münaqişə ilə əlaqəli olub. Pilotlardan birinin qəsdən təyyarəni qəzaya uğratmağa çalışması barədə iddia isə hazırda ayrıca mənbələrlə təsdiqlənməyib.

Səudiyyə Ərəbistanında hər iki pilotun təyyarədən endirildiyi və saxlanıldığı bildirilir. Sərnişinlərin Təl-Əvivə başqa reyslə göndərilməsi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az